ABŞ-ın 41-ci prezidenti Corc Buş(ata) vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. Xəbərdə sabiq prezident Corc Herbert Uoker Buşun noyabrın 30-da , 94 yaşında dünyasını dəyişdiyi bildirilib.
Corc Herbert Uoker Buş ikinci dünya müharibəsi illərində ABŞ hərbi dəniz donanmasında təyyarəçi olub. Xanımı Barbara Buş ilə evlilikdən 5 uşağı -2 oğlan , 3 qızı olub. Oğlu Corc Buş ABŞ-ın 43-cü prezidenti seçilib. Digər oğlu Ceb Buş isə Florida ştatının qubernatoru olub. Onların 17 nəvəsi, 8 nəticəsi var. Corc Buş son zamanlaradək Parkinson xəstəliyindən əziyyət çəkirmiş və əlil arabası ilə hərəkət edirmiş.