Güclü külək və qasırğa Gürcüstanda ciddi fəsadlar törədib.
YeniAvropa xəbər verir ki, ən çox ziyan İmereti, Meqreliya-Yuxarı Svaneti regionlarına dəyib.
Gürcüstanın fövqəladə halların idarəetmə xidmətinin məlumatına görə, İmereti bölgəsində qasırğa 60 evin damını uçurub, mərkəzi küçə və prospektlərdə 25 ağacı aşıraraq yolları bağlayıb, 5 avtomobil ağacların altında qalıb.
Meqreliya-Yuxarı Svaneti bölgəsində də vəziyyət acınacaqlıdır. Bölgədə evlərin damı uçub, yaşayış massivlərinə elektrik enerjisinin verilməsində problemlər yaranıb.
Ümumiyyətlə qəzalarla bağlı bu bölgədən fövqəladə hallar xidmətinə 210 müraciət daxil olub.