“TAP Air Portugal” aviaşirkəti dünyada ilk yeni nəsil geniş fyuzelajlı “Airbus A330-900neo” təyyarəsini alıb.
2019-cu ilin sonuna qədər aviaşirkət daha 19 belə təyyarə əldə edəcək.
YeniAvropa “euromag.ru” saytına istinadla xəbər verir ki, təyyarənin salonu “Airspace by Airbus” adlanır. Burada 298 kreslo quraşdırılıb. Kresloların 34-ü “biznes-klass”da yerləşir və çarpayı kimi açılır, 96-sı “ekonom-plyus klass”da, 168-i “ekonom-klass”da yerləşir.
“Airspace by Airbus” hər bir sərnişin üçün daha geniş yer, daha tutumlu baqaj rəfləri, daha yaxşı işıqlandırma və simsiz Wi-Fi ilə bərabər ən müasir əyləncə sistemi ilə təchiz edilib.
Yeni təyyarə ilə Portuqaliyadan Şimali və Cənubi Amerika, habelə Afrika ölkələrinə uçuşlar həyata keçiriləcək.