logo

ABŞ, Kanada və Meksika liderləri yeni ticarət sazişi imzalayıblar

21:10 30-11-2018 | icon 2744
ABŞ, Kanada və Meksika liderləri yeni ticarət sazişi imzalayıblar

ABŞ prezidenti Donald Tramp, Kanadanın baş naziri Castin Trüdo və Meksika lideri Enrike Penya noyabrın 30-da yeni ticarət sazişi imzalayıblar.

YeniAvropa xəbər verir  ki, Argentinada keçirilən "G20" sammitinin meydanlarında baş tutan tədbir Ağ evin saytında yayımlanıb. Dövlətlərarası ticarət blokunun parametrlərini müəyyən edən və Şimali Amerika azad ticarət zonasının (NAFTA) əvəzinə qüvvəyə minəcək saziş Donald Trampın təkidi ilə yeni güzəştli şərtlərlə imzalanıb. ABŞ Prezidenti sazişi tarixi uğur, bu barədə danışıqları isə “əsl döyüş” adlandırıb.

Yeni ticarət sazişi Amerika konqresi də daxil olmaqla, hər üç ölkənin parlamenti tərəfindən təsdiqlənməlidir.