İndoneziyanın Sumatra adasında yerləşən Açex əyalətində azı 113 dustaq həbsxanadan qaçıb.
YeniAvropa xəbər verir ki, "Sinxua" informasiya agentliyinin Ədliyyə və İnsan Hüquqları Nazirliyinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, insident noyabrın 29-da qeydə alınıb. Həbsxanada baş verən qiyam zamanı dustaqlar pəncərədəki barmaqlığı qıraraq qaçıblar.
Hazırda hüquq-mühafizə orqanları həbsxanadan qaçan məhbuslardan dördünü yaxalamağa müvəffəq olub, digər dustaqların axtarışı davam edir.