logo

Angela Merkel təyyarəsi pozulduğundan "G20" sammitinə İspaniyadan adi sərnişin kimi uçdu

15:08 30-11-2018 | icon 3003
Angela Merkel təyyarəsi pozulduğundan "G20" sammitinə İspaniyadan adi sərnişin kimi uçdu

Almaniya hökuməti kansler Angela Merkelin Buenos-Ayresə uçduğu təyyarədə yaranan texniki nasazlıqda kriminal izin olduğundan şübhələnir.

YeniAvropa  "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu hakimiyyət strukturundakı mənbə bildirib.

Bir qədər əvvəl “Airbus A340-300” hökumət təyyarəsinin texniki nasazlığa görə Kölnə məcburi eniş etdiyi və bu səbəbdən Angela Merkelin "G20" sammitinin açılışına gecikəcəyi barədə məlumat yayılmışdı. Nəticədə Almaniya kansleri Buenos-Ayresə uçuşunu noyabrın 30-da səhər saatlarında İspaniyanın paytaxtından yerli aviakompaniyanın təyyarəsi ilə adi sərnişin kimi davam etdirib.

“Angela Merkel Argentinaya axşam saatlarında çatacaq, bu, o deməkdir ki, kansler gün ərzində planlaşdırılan tədbirlərdə və görüşlərdə iştirak edə bilməyəcək”, - deyə Almaniya Nazirlər Kabinetindən bildiriblər.

“Die Rheinische Post” nəşrinin məlumatına əsasən, Merkel Köln şəhərində insidenti Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenlə müzakirə edib.