Güclü yağış və sel Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda böyük problemlər yaradıb.
YeniAvropa xəbər verir ki, çox sayda avtomobil yararsız hala düşüb, evlərə və təsərrüfata xeyli ziyan dəyib, bəzi yerlərdə içməli su kəsilib, ictimai nəqliyyat iflic vəziyyətinə düşüb.
Yardım üçün bölgəyə əlavə texnika və canlı qüvvə cəlb olunub.