logo

Şəkidə ərəb turistlər avtoqəzaya düşüblər

13:51 30-11-2018 | icon 3794
Şəkidə ərəb turistlər avtoqəzaya düşüblər

Bu gün səhər saatlarında Şəki-Kiş avtomobil yolunda baş vermiş qəza zamanı xəsarət almış 3 nəfər ərəb turistin vəziyyəti normaldır. Xəstəxanada ambulator yardım göstərildikdən sonra onlar qaldıqları otelə göndəriliblər.

YeniAvropa xəbər verir  ki, bu barədə Şəki rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qəza zamanı xəsarət alan 4 nəfər Şəki sakinindən ikisinin vəziyyəti ağır, biri isə orta-ağır kimi qiymətləndirilir. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Qəzada xəsarət alan digər sakinə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.