logo

Türkiyə Azov dənizindəki problemin həllində vasitəçiliyini təklif edib

23:29 29-11-2018 | icon 2807
Türkiyə Azov dənizindəki problemin həllində vasitəçiliyini təklif edib

Türkiyə Azov dənizindəki problemin həllində Ukrayna və Rusiya arasında vasitəçilik edə bilər.

YeniAvropa xəbər verir  ki, bubarədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "G20" sammitinə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan bildirib ki, Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığında Azov dənizində baş verən insident müzakirə edilib və o, problemin həllində Türkiyənin vasitəçiliyini təklif edib.

Türkiyə prezidentinin sözlərinə görə, bu məsələ "G20" sammitində də müzakirə ediləcək.

Xatırladaq ki, noyabrın 25-də səhər saatlarında Rusiya dəniz qüvvələrinə məxsus gəmilərin Kerç körfəzindən çıxan Ukrayna Hərbi Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açması tərəflər arasında ciddi qarşıdurmaya gətirib çıxarıb. Ukrayna beynəlxalq təşkilatları Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb. Rusiya isə Ukrayna hərbçilərinin Rusiya sərhədlərini pozduğunu iddia edir.