logo

Gürcüstanda müxalifət növbədənkənar parlament seçkiləri tələb edir

21:27 29-11-2018 | icon 2632
Gürcüstanda müxalifət növbədənkənar parlament seçkiləri tələb edir

Gürcüstanın birləşmiş müxalifəti noyabrın 28-da keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır. Birləşmiş müxalifət ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

YeniAvropa xəbər verir  ki, bu barədə bəyanatla seçkilərdə məğlub olmuş birləşmiş müxalifətin və “Vahid Milli Hərəkat” partiyasının prezidentliyə namizədi Qriqol Vaşadze noyabrın 29-da Tbilisidə Filarmoniya binasında tərəfdarları ilə keçirdiyi görüşdə çıxış edib. Q.Vaşadze deyib ki, müxalifət prezident seçkilərini və onun nəticələrini tanımır. “Birləşmiş müxalifət ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Bu seçkilər proporsional və ya regional-proporsional qaydada keçirilməlidir”, - deyə Q.Vaşadze vurğulayıb.

Q.Vaşadze dekabrın 2-də paytaxtın mərkəzi Rustaveli prospektində eyni tələblə kütləvi dinc aksiyanın keçiriləcəyini elan edib.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52 faiz, Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıblar.