logo

MSK Salome Zurabişvilini  Gürcüstanın prezidenti elan etdi

12:55 29-11-2018 | icon 2912
MSK Salome Zurabişvilini  Gürcüstanın prezidenti elan etdi

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 28-də keçirilmiş prezident seçkiləri ilə bağlı 3705 seçki məntəqəsinin hamısında səsvermənin nəticələrini elan edib.

YeniAvropa xəbər verir  ki, Gürcüstan MSK-nın yaydığı xəbərdə qeyd edilib ki, müstəqil namizəd, hakim “gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili 59,52 faiz səs çoxluğu ilə qalib gəlib.

Onun rəqibi, “Vahid Milli Hərəkat” partiyasının və müxalifətin “Güc birlikdədir” birliyinin vahid namizədi Qirqol Vaşadze isə 40,48 faiz səs toplayıb.