logo

Hakim partiya sədri seçicilərə minnətdarlıq edib

22:50 28-11-2018 | icon 2891
Hakim partiya sədri seçicilərə minnətdarlıq edib

Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili seçicilərə göstərdikləri dəstəyə görə təşəkkür edib.

YeniAvropa xəbər verir  ki,B.İvanişvili partiyanın qərargahında keçirdiyi brifinqdə vətəndaşlara müraciət edərək deyib: “Hökumət sizin xidmətinizdə olacaq və etimadınızı doğrultmaq üçün mümkün olan hər şeyi edəcək. Cəmiyyətimizə və fədakarlıqla iş aparmış komandaya çox minnətdaram”.

Gürcüstanın Baş naziri Mamuka Baxtadze də seçicilərə göstərdikləri fəallığa görə təşəkkürünü bildirib. O, Salome Zurabişvilini əldə etdiyi yüksək nəticə münasibətilə təbrik edib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə əsasən, hakim partiyanın dəstəklədiyi namizəd S.Zurabişvili səs çoxluğu ilə irəlidədir.