“Trezvaya Rossiya” hərəkatının ekspertləri Avropada spirtli içkilərin istifadəsi və bu səbəbdən ölüm hallarının göstəricisi üzrə liderlik edən ölkələrin adlarını açıqlayıb.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, siyahıya vətəndaşlarının ildə orta hesabla 15,35 litr spirt qəbul etdiyi Estoniya başçılıq edir. Onun ardınca isə Sloveniya, Lüksemburq, Danimarka və Latviya vətəndaşları gəlir.
Yunanıstan (6,52 litr), İtaliya (7,08 litr) və İsveç (7,18 litr) spirtli içkilərin ən az istifadə olunduğu ölkələrin arasında yer alıb.
Mütəxəssislər reytinqi tərtib edərkən Avropa İttifaqı ölkələrində qeydiyyata alınan və 15 yaşdan yuxarı əhalinin hər birinə düşən ortalama spirtli içki satışını və zərərli içkilərdən həddən artıq istifadə səbəbindən dünyasını dəyişənlərin sayını nəzərə alıb.