Noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.
YeniAvropa xəbər verir ki, ölkə üzrə səsvermə saat 20:00-da başa çatıb və seçki məntəqələri bağlanıb.
Gürcüstanın xarici ölkələrdəki səfirliklərində və konsulluq şöbələrində yaradılan seçki məntəqələri yerli vaxtla saat 24:00-dək fəaliyyət göstərəcək.
Seçkilərin ikinci turunda iki namizəd - hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və müxalifətdə olan “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparıblar.