Amerikanın “Edison Research” kompaniyası Gürcüstanda prezident seçkilərinin ikinci turunda keçirdiyi “exit poll”un nəticələrini açıqlayıb.
YeniAvropa xəbər verir ki, “Rustavi 2” televiziya şirkətinin sifarişi ilə keçirilmiş ilk “exit poll”un saat 17:00-a olan nəticələrinə görə, Salome Zurabişvili seçicilərin 55 faizinin, Qriqol Vaşadze isə 45 faizinin səsini qazanıb.
“Gallup International” şirkətinin “İmedi” telekanalının sifarişi ilə keçirdiyi analoji sorğuya əsasən, S.Zurabişvili 58 faiz, Q.Vaşadze isə 42 faiz səs toplayıb.