logo

Putin Ərdoğanla telefonda Suriyanı müzakirə edib

18:53 28-11-2018 | icon 2849
Putin Ərdoğanla telefonda Suriyanı müzakirə edib

Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

YeniAvropa Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, prezidentlər Suriyada vəziyyətlə bağlı müzakirələri davam etdirib, İdlibdə vəziyyətin sabitləşməsi haqqında Memorandumun həyata keçirilməsi, o cümlədən terrorçu qruplaşmalarla mübarizə aparılması istiqamətində birgə səyləri gücləndirmək barədə razılığa gəliblər.

İki ölkə liderlərinin noyabrın 19-da İstanbulda keçirilmiş görüşünün yekunları fonunda Rusiya-Türkiyə əməkdaşlığının bəzi aspektlərinə də toxunulub. Həmçinin Qara dəniz regionunda sabitlik və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.