logo

Erməni sahibkarlar Gürcüstanla sərhəd yolunu bağlayıblar

15:10 28-11-2018 | icon 2849
Erməni sahibkarlar Gürcüstanla sərhəd yolunu bağlayıblar

Ermənistanda sükanı sağda olan minik avtomobillərinin 50 idxalçısı Gürcüstanla sərhəddə yerləşən “Baqrataşen” sərhəd-keçid məntəqəsinə gedən yolu bağlayıb.

YeniAvropa Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Alaverdi-Noembryan avtomobil yolunu bağlayan etirazçılar bu ölkəyə sükanı sağda olan avtomobillərin idxalının qadağan edilməsi barədə qərarın ləğv olunmasını tələb edirlər. Bu məqsədlə sahibkarlar baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşmək istədiklərini bildiriblər.

Sükanı sağda yerləşən avtomobillərin Ermənistana idxalı cari il aprelin 1-dən qadağan olunub. Hazırda Gürcüstan-Ermənistan sərhədində 200, gürcü şəhərlərində isə erməni sahibkarlar tərəfindən satın alınmış 2500 bu cür avtomobil var. Bu avtomobillər Yaponiyadan gətirilir.