“Qazaxtelecom” 5G texnologiyasının tətbiqi üçün tezliklərin istifadəsində rabitəni inkişaf etdirməyi planlaşdırır.
YeniAvropa xəbər verir ki, bu barədə “2-ci IOT Forum Astana 2018” beynəlxalq forumunda bildirilib. Yeni “5G” texnologiya bir mənbəyə 50 minə qədər müxtəlif qurğunun qoşulmasına, bir kilometr əhatə dairəsində bir milyon istifadəçiyə xidmət göstərməyə imkan verəcək. Bu ilin sonuna qədər yeni texnologiyanın biri test olunacaq. Texnologiyanın bütünlüklə sınaqdan keçirilməsi 2019-cu ilin sonunda və 2020-ci ilin əvvəlində baş tutacaq.
“5G” mobil texnologiyasının 2021-2022-ci illərdə istifadəyə veriləcəyi planlaşdırılır.
"5G"nin tətbiq ediləcəyi təxmini tarix 2020-ci il hesab edilir. Şəbəkənin əsas göstəricisi məlumatların minimum 10 Qbit/saniyə sürətində simsiz ötürülməsindən ibarətdir.