logo

Türkiyədə axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirilib

21:10 27-11-2018 | icon 2688
Türkiyədə axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirilib

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan daha bir təhlükəli terrorçu zərərsizləşdirilib.

YeniAvropa xəbər verir  ki, PKK/KCK terrorçu qruplaşmalarının rəhbər şəxslərindən sayılan Zinar Amed ləqəbli Ali Akbaş Türkiyənin Muş bölgəsindəki Malazgirt Tatargazi kəndində məhv edilib. Bir sıra ağır cinayətlərdə ittiham olunan bu terrorçunun axtarışı üçün 300 min Türkiyə lirəsi mükafat müəyyən edilmişdi. Bildirilir ki, terrorçunun məhv edildiyi yerdə qumbara, avtomat və xeyli sursat aşkar olunub.