logo

Fransa nüvə enerjisindən asılılığı azaltmağı planlaşdırır

19:51 27-11-2018 | icon 2814
Fransa nüvə enerjisindən asılılığı azaltmağı planlaşdırır

Fransada nüvə enerjisindən asılılıq 2035-ci ilədək 50 faiz azaldılacaq.

YeniAvropa xəbər verir  ki, bu sözləri prezident Emmanuel Makron Fransanın çoxillik enerji proqramı ilə bağlı çıxışında bildirib. Qeyd edib ki, ölkədə 2030-cu ilədək 6, 2035-ci ilə qədər isə 14 reaktor bağlanılacaq.

“Sarı jilet” aksiyası iştirakçılarının qəzəbini yumşaltmağa çalışan Fransa Prezidenti yanacaq vergisinin neftin dünya qiymətlərinə uyğun olaraq artırılacağı fikrini də irəli sürərək yeni metodların tərtib edilməsinin vacibliyini vurğulayıb.