logo

Yaponiyanın mərkəzində 5 bal gücündə zəlzələ olub

17:10 27-11-2018 | icon 2758
Yaponiyanın mərkəzində 5 bal gücündə zəlzələ olub

Noyabrın 27-də Yaponiyanın mərkəzi hissəsində 5 bal gücündə zəlzələ olub.

YeniAvropa  Yaponiya Milli Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilsə də bir neçə dəqiqədən sonra ləğv olunub. Yeraltı təkanlar ölkənin mərkəzində və şimal-şərq hissəsində, o cümlədən Çiba, İbaraki prefekturalarında və paytaxt regionunda hiss olunub. Zəlzələ atom enerjisi obyektlərində problem yaratmayıb. Lakin elektrik enerjisinin verilişi kəsildiyinə görə, sürətli “Şinkansen” qatarlarının iki xəttində hərəkət müvəqqəti olaraq dayanıb.