logo

Koreya Ali Məhkəməsinin sədrinin avtomobilinə “Molotov kokteyli” atılıb

14:49 27-11-2018 | icon 2884
Koreya Ali Məhkəməsinin sədrinin avtomobilinə “Molotov kokteyli” atılıb

Cənubi Koreya Ali Məhkəməsinin sədri Kim Myonq-sunun xidməti avtomobilinə “Molotov kokteyli” atılıb.

YeniAvropa "Yonhap" agentliyinə istinadla xəbər verir ki, hadisə noyabrın 27-də yerli vaxtla səhər 9:10-da Ali Məhkəmənin binasının giriş qapısında baş verib. Bildirilir ki, “Molotov kokteyli”nin partlaması nəticəsində avtomobilin ön təkərlərindən biri alışıb. Təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsi ilə yanğın dərhal söndürülüb. Xəsarət alan olmayıb.

Hadisəni törədən 74 yaşlı Nam adlı şəxs saxlanılıb. Onun Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirdiyi bildirilir. Faktla bağlı təhqiqat aparılır.