Malayziya Kralı, 49 yaşlı Kelantan sultanı V Məhəmməd Faris Petra “Miss Moskava-2015” müsabiqəsinin qalibi 25 yaşlı Oksana Voyevodina ilə evlənib.
YeniAvropa xəbər verir ki, bu barədə "Islam News" agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, toy mərasimi ötən həftə Moskva yaxınlığında yerləşən "Barvikha Concert Hall" konsert zalında keçirilib. Qeyd olunur ki, toyda spirtli içkilər olmayıb və bütün ərzaq məhsulları halal olub. Gəlin milli rus, bəy isə milli malay geyimində olublar.
Qeyd edək ki, Oksana Voyevodina Moskvanın ən gözəl qızı adını 22 yaşında qazanıb.
"Rakyatku News"un məlumatına görə, Oksana Voyevodina İslam dinin qəbul edibmiş və hələ toydan xeyli əvvəl hicabda gəzirmiş.
Xatırladaq ki, Malayziya federativ dövlətdir. Ölkə bir neçə sultanlıqdan ibarətdir. V Məhəmməd Faris Petra ölkənin şərqində yerləşən və paytaxtı Kota-Baru şəhəri olan Kelantin sültanlığının kralıdır.