logo

Ukraynada prezident seçkiləri gələn il martın 31-də keçiriləcək

23:12 26-11-2018 | icon 2730
Ukraynada prezident seçkiləri gələn il martın 31-də keçiriləcək

Ukrayna Ali Radası ölkədə növbəti prezident seçkisinin 2019-cu il martın 31-də keçirilməsi barədə qanun layihəsini qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu barədə qərar Ali Radanın noyabrın 26-da keçirilən növbədənkənar iclasında qəbul olunub. Qanun layihəsinə deputatların 298-i lehinə səs verib.

Xatırladaq ki, növbəti prezident seçkilərində rekord sayda - 30-dan çox namizədin iştirak edəcəyi gözlənilir.