Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkədə 60 günlük hərbi vəziyyət rejimi tətbiq etməyi təklif edib.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.Qeyd edək ki, bir gün əvvəl Ukrayna prezidenti Petro Poroşenko iştirakı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilib. Prezident Ali Radanın deputatlarını parlamentin növbədənkənar iclasına gələrək Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərar layihəsinə səs verməyə çağırıb.
Xatırladaq ki, Ukrayna SQ Hərbi-Dəniz Donanması komandanlığının ötən gün yaydığı məlumatda bildirilir ki, Rusiyanın hücumu nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb, 3 gəmi -“Berdyansk” və “Yanı Kapu” zəbt edilib və yedəyə alınıb. “Nikopol” kiçik zirehli artilleriya kateri isə bloklanıb və işğalçı qüvvələrin nəzarəti altında hərəkət edir.
Bu arada FTX rəsmi açıqlama yayaraq, Rusiya sərhədlərini pozan Ukraynanın 3 gəminin ələ keçirildiyini təsdiqləyib.Açıqlamada bildirilib ki, hadisə Qara dənizdə, Rusiyanın ərazi sularında baş verib. Rusiya sərhəd xidmətinin və Qara Dəniz Donanmasının tələblərinə baxmayaraq, təhlükəli manevrlər edən Ukrayna gəmilərinə güc tətbiq edilib: "Ukrayna hərbi gəmilərinin dayanması üçün silahdan istifadə edilib. Nəticədə Rusiyanın Qara dənizdəki ərazi sularında 3 Ukrayna gəmisi ələ keçirilib. Yaralanan 3 Ukrayna hərbçisinə tibbi yardım göstərilib, onların həyatı təhlükəsi yoxdur.