logo

Bakıda sürücü qadın qəza törədərək həlak olub

23:16 16-12-2017 | icon 3234
Bakıda sürücü qadın qəza törədərək həlak olub

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 15-də saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Natəvan Babayeva idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş sərnişini - 7 yaşlı qızı Aysunun vəziyyəti qənaətbəxşdir.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.