logo

Parisdə aksiyalar zamanı xəsarət alanların sayı 30 nəfərə çatıb

18:37 25-11-2018 | icon 2604
Parisdə aksiyalar zamanı xəsarət alanların sayı 30 nəfərə çatıb

Parisdə avtomobil yanacağının qiymətinin artırılmasına qarşı etiraz aksiyalarının gedişində xəsarət alanların sayı 30 nəfərə çatıb.

YeniAvropa TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə paytaxt polisinin prefekturası məlumat yayıb. Məlumatda qeyd olunur ki, zərər çəkənlər arasında hüquq mühafizə orqanlarının altı əməkdaşı var, onlardan biri ağır yaralanıb. Parisdə iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 100-dən çox insan saxlanılıb. Nümayişlərdə 8 min nəfərin iştirak etdiyi bildirilir.

Hazırda paytaxtda müvəqqəti sakitlik yaranıb. Şəhər xidmətləri barrikadaların tör-töküntülərini yığışdırır, çoxsaylı mağaza və kafelərin sahibləri dəyən zərəri hesablayırlar.

Fransa DİN-in başçısı Kristofer Kastanerin verdiyi məlumata görə, şənbə günü bütün ölkə ərazisində keçirilən aksiyalarda 100 mindən çox insan iştirak edib. Fəallar aksiyaları gələn həftə də davam etdirəcəklərini bildiriblər. Fransa Prezidenti Emmanuel Makron ölkədə baş verən hadisələrlə əlaqədar nümayişçilərin zorakı hərəkətlərini pisləyib.