logo

Gürcüstanda prezident seçkiləri ilə əlaqədar 21 nəfər cinayət məsuliyyətinə cəlb edilib

10:36 25-11-2018 | icon 2877
Gürcüstanda prezident seçkiləri ilə əlaqədar 21 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Gürcüstanın hüquq mühafizə orqanları prezident seçkiləri ilə əlaqədar başqalarına qarşı zor tətbiq edən və qanunları kobud şəkildə pozan 21 nəfəri cinayət məsuliyyətinə cəlb edib. 

YeniAvropa xəbər verir  ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Natiya Mezvrişvili məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının üzvləri ilə yanaşı, müxalifət nümayəndələri də var.

Nazir müavini deyib: “Siyasi mübarizə fiziki təzyiqlər üçün əsas yarada bilməz. Hər bir şəxs bunu dərk etməlidir”.

Natiya Mezvrişvili bildirib ki, bütün faktlar, o cümlədən KİV-lərdə yayılan, eləcə də qeyri hökumət təşkilatları tərəfindən təqdim olunan materiallar nazirlik tərəfindən diqqətlə araşdırılır.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək.

Bu turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili və müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparacaqlar.