logo

Yaponiyada 5 bal gücündə zəlzələ olub

13:11 24-11-2018 | icon 2779
Yaponiyada 5 bal gücündə zəlzələ olub

Yaponiyanın şimal-şərqində, Fukuşima prefekturasının Sakit okean sahillərində 5 bal gücündə zəlzələ baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 12 prefekturada, o cümlədən paytaxt Tokioda da hiss olunan yeraltı təkanların ocağı 50 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.