logo

Avropada əhalinin 11 faizi televiziyanı internet yayımı vasitəsilə izləyir

19:11 22-11-2018 | icon 3045
Avropada əhalinin 11 faizi televiziyanı internet yayımı vasitəsilə izləyir

İnformasiya və kommunikasiya texnologiyaları inkişaf etdikcə və internetin sürəti artdıqca ənənəvi televiziyanın internet üzərindən izlənməsi də yeni tendensiyaya çevrilir.

YeniAvropa xəbər verir  ki, Avropa Statistika İdarəsinin (EUROSTAT) məlumatına əsasən, qitə əhalisinin orta hesabla 11 faizi televiziya kanallarını internet yayımı, videomaterialları “smart-tv” vasitəsilə izləyir. Eyni zamanda, onlayn televiziyalara maraq getdikcə artmaqdadır. 2016-cı ilin statistik göstəricilərinə görə, Niderland və Böyük Britaniya əhalisi bu baxımdan ilk sıralardadır. Bu iki ölkədə əhalinin 22 faizi artıq televiziya kanallarını internet vasitəsilə izləyir. Sonrakı yerlərdə İsveç (21 faiz), Danimarka (20 faiz), Finlandiya (17 faiz), Almaniya (16 faiz) və Lüksemburq (15 faiz) dayanır. Avstriya 13 faizlə orta Avropa göstəricisindən bir qədər yuxarıda qərarlaşıb.

Siyahıda sonuncu yerdə Yunanıstan və Rumıniya dayanırlar. Bu ölkələrdə əhali televiziyanı klassik qaydada seyr etməyə üstünlük verir və yalnız 3 faiz internet vasitəsilə televiziya və videomateriallara baxır.