logo

Argentina G20 sammitində təhlükəsizlik tədbirlərinə 22 min polisi cəlb edib

13:05 21-11-2018 | icon 3136
Argentina G20 sammitində təhlükəsizlik tədbirlərinə 22 min polisi cəlb edib

Noyabrın 30-dan dekabrın 1-dək Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaqn Böyük  İyirmilər Qrupu (G20) sammitində təhlükəsizliyinin təmin olunmasına hakimiyyət hüquq-mühafizə orqanlarının 22 min əməkdaşını cəlb edəcək.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç məlumat verib. Onun sözlərinə görə, nazirliyin daha 700 əməkdaşı təhlükəsizliyin təminatı məsələləri ilə məşğul olacaq.

Ölkənin nəqliyyat naziri Gilyermo Detriç isə öz növbəsində sammitin keçiriləcəyi günlərdə ölkənin paytaxtı Buenos-Ayresin mərkəzinə yaxın ərazidə yerləşən Xorxe Nyuberi adına aeroportun kommersiya reysləri üçün bağlanacağını, şəhərdə bütün qatar reyslərinin ləğv olunacağını, limanın, həmçinin metronun fəaliyyət göstərməyəcəyini bildirib.

 Xatırladaq ki, Böyük İyirmilik Qrupu və ya G20 dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkəsindən və Avropa İttifaqından ibarətdir.

G20-yə aşağıdakılar daxildir:

1.ABŞ-(Amerika Birləşmiş Ştatları) 2.(Aİ)-Avropa İttifaqı 3.İngiltərə 4.Türkiyə 5.Yaponiya 6.Kanada 7.Almaniya 8.Fransa 9.İtaliya 10.Rusiya 11.Avstraliya 12.Braziliya 13.Hindistan 14.Çin 15.İndoneziya 16.Meksika 17.Səudiyyə Ərəbistanı 18.Cənubi Afrika 19.Argentina 20.Cənubi Koreyya