Petro Poroşenko: Hər ötən an Ukraynanı NATO və Avropa İttifaqına üzvlüyünə daha da yaxınlaşdırır
Ukrayna öz geosiyasi seçimini edib, NATO-nun, Avropa İttifaqının qapıları ölkənin üzünə açıqdır.
YeniAvropa xəbər verir ki, bu fikri Ukrayna prezidenti Petro Poroşenko ictimai-siyasi fəallarla görüşündə söyləyib.
Poroşenko bildirib ki, hər ötən an Ukraynanı NATO və Avropa İttifaqına üzvlüyünə daha da yaxınlaşdırır. “Biz NATO və Avropa İttifaqının üzvlüyünə yaxınlaşırıq. Bu üzvlüyün baş tutmayacağı barədə deyilən fikirlərə heç vaxt inanmayın”, - deyə Ukrayna prezidenti vurğulayıb.