Avropa İttifaqı Gürcüstana 231 milyon avro məbləğində maliyyə yardımı ayıracaq. YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu barədə saziş noyabrın 21-də Avropa İttifaqının üzvləri ilə Gürcüstan hökumət nümayəndələri arasında Brüsseldə keçirilək görüşdə imzalanacaq.
İlk dəfə keçiriləcək görüşdə iştirak edən Gürcüstan nümayəndə heyətinə baş nazir Mamuka Baxtadze, Avropa İttifaqı tərəfindən nümayəndə heyətinə isə Jan Klod Yunker rəhbərlik edəcək.
Yüksək səviyyəli görüşdə Gürcüstanın iqtisadi, mədəni inkişafı, demokratik dəyərləri və Avropaya inteqrasiyası, regional layihələr, regional təhlükəsizlik və s. məsələlər müzakirə olunacaq.