logo

Rusiya-Gürcüstan sərhədində 500-dək yük avtomobilinin tıxacı yaranıb

14:52 20-11-2018 | icon 2947
Rusiya-Gürcüstan sərhədində 500-dək yük avtomobilinin tıxacı yaranıb

Rusiya–Gürcüstan sərhədində Rusiya, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, İran və Ermənistana məxsus 500-ə yaxın böyük həcmli yük maşını dayanıb.

YeniAvropa Gürcüstan mətbuatına istinadla xəbər verir ki, buna səbəb beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomagistralında (hərbi yol kimi tanınan Yuxarı Lars) yolların buz bağlamasıdır.

Yerli mətbuat Şimali Osetiya Fövqəladə Hallar Xidmətinə istinadla yazır ki, hazırda sərhəddə 491 böyük yük avtomobili və buna müvafiq olaraq bir o qədər də insan var. Xüsusi xilasedicilər onlara müvafiq yardımlar göstərirlər. Amma həmin avtomobillərə yolda hərəkət etməyə məsləhət görülmür.

Yolda isə bu cür avtomobillərin sayı artır.

Yolda sərnişin tutumu 20 nəfərdən az, şinləri təzə və xüsusi avadanlıqla təmin olunmuş minik avtomobillərinin hərəkətinə icazə verilib.

Belə avtomobillər hər iki tərəfdən sərhədə qədər və əks istiqamətdə dövlət yol polisi və digər dövlət strukturlarının köməyi və müşayiəti ilə hərəkət edirlər.