Rusiya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əməkdaşlıq müqaviləsi imzalaya bilər.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, Rusiya OPEC-lə əməkdaşlıq müqaviləsi imzalamağı planlaşdırır və bu məsələ dekabrın 6-da müzakirə ediləcək: “Rusiya və digər neft istehsalçıları hasilatın azaldılması ilə əlaqədar qərarı dekabr ayında verəcəklər”.
Xatırladaq ki, dekabrın 6-da Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 175-ci iclası keçiriləcək.