Bolqarıstanı yeni kütləvi etiraz aksiyaları bürüyüb.
YeniAvropa xəbər verir ki, aksiya iştirakçıları aşağı gəlirlər, yüksək enerji və qaz tarifləri, həyat səviyyəsinin aşağı düşməsi səbəbindən küçələrə çıxaraq hökuməti istefaya çağırıblar.
Sofiya, Plovdiv, Dobrıç, Qabrovo, Montana, Yambol və digər şəhərlərdə etirazçılar yolları bağlayıblar. Paytaxt Sofiyanın müxtəlif məkanlarında asayişin qorunmasına iki min polis əməkdaşı cəlb olunub.
Ölkənin daxili işlər naziri Mladen Marinov bildirib ki, aksiyaların dinc şəraitdə keçirilməsi təmin edilib.