Bu gün Latviya Respublikasının elan olunmasının 100-cü ildönümü qeyd edilir. İl boyu davam edən silsilə tədbirlər bu gün öz kulminasiyasına yüksəlib.
YeniAvropa xəbər verir ki, noyabrın 18-də Riqa şəhərində xüsusi bayram tədbirləri keçirilib. Şəhər bütünlüklə bayramsayağı bəzədilib. Səhər saatlarına kilsədə dualarla başlayan gün şəhərdəki Azadlıq heykəlinin qarşısında “Azadlığın keşiyində” aksiyasına ilə davam edib. Aksiya zamanı sadə vətəndaşlar fəxri qarovulda dayanıblar.
Bayram münasibətilə Riqa bulvarında hərbi parad keçirilib. Paradda Latviya silahlı qüvvələrinin 1700 nəfərədək şəxsi heyəti və hərbi texnikası ilə bərabər, NATO-nun müttəfiqləri də iştirak ediblər. Axşam saatlarında isə paytaxtın müxtəlif məkanlarında bayram konsertləri təşkil olunub.