logo

Belçika sakini lotereyada 50 milyon avro udub

16:11 17-11-2018 | icon 2765
Belçika sakini lotereyada 50 milyon avro udub

Noyabrın 16-da Belçika sakini Avropanın “EuroMillions” lotereyasında 50 milyon avro qazanıb. YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, lotereyanın qalibi 5 əsas nömrəni və 2 “xoşbəxt ulduzu” düzgün tapıb.

“EuroMillions” sayəsində hər il bir neçə Belçika sakini milyonerlər sırasına qoşulur. Bu ilin avqust ayında onlardan biri 108 milyon avroya yaxın pul udub, 2016-cı ilin oktyabrında isə Brüssel küçələrində süpürgəçi işləyən bir nəfər 168 milyon avroya sahib olub. Bu, krallıq tarixində ən böyük uduşdur.

İlk “EuroMillions” lotereyası 2004-cü il fevralın 13-də Fransa, İspaniya və Böyük Britaniyada keçirilib. Həmin ilin oktyabr ayında daha 6 ölkə - Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriya da lotereyaya qoşulub. Bir lotereyanın qiyməti 2,5 avrodur. “EuroMillions” lotereyasında təxminən 200 milyon nəfər iştirak edir.

Əyləncə sənayesinin nizamlayıcı-komissiyasının məlumatına əsasən, Belçika sakinləri təkcə 2013-cü ildə qumar oyunlarına 964 milyon avro xərcləyib.