ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyi, Federal Təhqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Nazirliyinə Fətullah Gülənin Türkiyəyə qanuni olaraq qaytarılması yollarının araşdırılması ilə bağlı tapşırıq verib.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu NBC televiziya kanalı məlumatı yayıb.
Məlumata görə, Tramp bu fikrə səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra baş vermiş hadisələr fonunda gəlib.
Məsələ ilə bağlı Ağ Evdən və digər qurumlardan hər hansı bir açıqlama verilməyib.