Bu gün Qazaxıstan milli valyutanın 25 illiyini qeyd edir.
YeniAvropa xəbər verir ki, milli valyuta 1993-cü il noyabrın 15-də prezident Nursultan Nazarbayev tərəfindən ilk dəfə olaraq Qazaxıstan vətəndaşlarına təqdim olunub.
Kağız əskinasların ilk partiyası İngiltərədə “Harrison & Sons Limited” şirkətində çap olunub. Qazaxıstan Milli Bankı 2007-ci il martın 20-də təngə üçün əyani simvolu təsdiqləyib.
Qazaxıstan milli valyutasının adı orta əsr türkcəsindən götürülüb.