logo

Kalqari sakinləri şəhərin 2026-cı ildə Olimpiadaya ev sahibliyi etməsini dəstəkləməyiblər

19:58 14-11-2018 | icon 3864
Kalqari sakinləri şəhərin 2026-cı ildə Olimpiadaya ev sahibliyi etməsini dəstəkləməyiblər

Kanadanın Kalqari şəhərinin sakinləri çərşənbə günü keçirilən referendumda 2026-cı ildə təşkil olunacaq Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün şəhərin namizədliyini dəstəkləməyiblər.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, referendumda Kalqari şəhərinin 304,7 min nəfərlik əhalisinin 56,4 faizi səs verib. Daha əvvəl Kalqari meriyasının, Alberta əyalətinin rəhbərliyi, federal orqanlarının nümayəndələri namizədliyin qəbul ediləcəyi təqdirdə 2026-cı il Olimpiadasının maliyyələşdirilməsi barədə razılığa gəlsələr də, qış olimpiadasını qəbul etmək hüququ ilə bağlı şəhər əhalisinin referendum vasitəsilə razılıq verməsi vacib idi.

Qeyd edək ki, oktyabrın 9-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Buenos-Ayresdə keçirilən iclasında “Olimpiada-2026”ya ev sahibliyinə namizədliklə bağlı üç müraciət təsdiq edilib. Bunlar Kanadanın Kalqari, İsveçin Stokholm, İtaliyanın Milan və Kortina-d'Ampetstso şəhərləri idi. Hər üç ərizə oktyabrın 4-də BOK tərəfindən razılıqla qarşılanıb və qurumun iclasında təsdiq edilməsi üçün təklif verilib. Türkiyənin Ərzurum şəhərini Olimpiadaya ev sahibliyi etməsi barədə müraciəti isə qəbul olunmayıb.

2026-cı ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı Beynəlxalq Olimpiya Komitəsinin gələn il İsveçrənin Lozanna şəhərində keçiriləcək 132-ci sessiyasında açıqlanacaq.