logo

Asiya İnkişaf Bankı Türkmənistana 0,5milyard dollar kredit ayıracaq

18:48 14-11-2018 | icon 2884
Asiya İnkişaf Bankı Türkmənistana 0,5milyard dollar kredit ayıracaq

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Türkmənistanın nəqliyyat şəbəkəsini dəstəkləmək, ölkənin enerji təchizatının etibarlılığını təmin etmək və qonşu ölkələrə elektrik enerjisi ixracını artırmaq üçün 500 milyon dollar həcmində kredit ayıracağını təsdiqləyib.

YeniAvropa xəbər verir  ki, bu barədə  AİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki,  layihə ölkənin beş regionundan dördünü əhatə edir. Ayrılan vəsait Türkmənistanın müxtəlif bölgələrində yeni 110 kV, 220 kV və 500 kV-lıq elektrik xətlərinin tikintisi və üç mövcud yardımçı stansiyanın genişləndirilməsinə yönəldiləcək. 2023-cü ilin sonunadək tamamlanacaq layihənin ümumi dəyəri 675 milyon ABŞ dollarıdır ki, bunun 175 milyonu “Türkmənenergo” tərəfindən ayrılacaq.