Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astana Beynəlxalq Maliyyə Mərkəzinin birjasında ilk hərraclara start verib.
YeniAvropa xəbər verir ki, N.Nazarbayev mərkəzin xarici kapitalın cəlb edilməsi üçün katalizator olacağını və fond bazarını yeni inkişaf səviyyəsinə gətirəcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, mərkəz dünya təcrübəsindən fəal şəkildə yararlanır, aparıcı tərəfdaşları və mütəxəssisləri cəlb edir.
Xatırladaq ki, cari il iyulun 5-də Astana EKSPO Mərkəzində Beynəlxalq Maliyyə Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.