İranın Mərkəzi Bankının “SWIFT” sistemindən kənarlaşdırılması onun beynəlxalq maliyyə sistemindəki fəaliyyətinə heç bir mənfi təsir göstərməyəcək.
YeniAvropa xəbər verir ki, bu açıqlamanı İranın Mərkəzi Bankı yayıb. Lakin beynəlxalq ödəmələri və pul köçürmələrini hansı qaydada həyata keçirəcəyini dəqiqləşdirməyib.
Xatırladaq ki, ötən gün İranın 10 bankı, o cümlədən Mərkəzi Bankı “SWIFT” sistemindən kənarlaşdırılıb.
İran banklarının “SWIFT” sistemindən ayrılmasından sonra ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelker bəyan edib ki, Vaşinqton İranın maliyyə əməliyyatlarına ciddi nəzarət edəcək və onun dünya maliyyə bazarlarına çıxışını daha da məhdudlaşdıracaq.