Ermənistanda dəmiryolçular tətil elan ediblər
Ermənistanda Cənubi Qafqaz dəmiryolu əməkdaşları 3 gündür ki, işi dayandırıblar. Çalışdıqları ərazilərdə aksiyalar keçirən dəmiryolçular hələdə tələblərinin yerinə yetirilmədiyini deyirlər.
YeniAvropa erməni KİV-lərinə istinadla xəbər verir ki, aksiya iştirakçıları daha qul kimi çalışmaq istəmirlər. Qeyd edilir ki, iş saatları çox, əmək haqları isə olduqca aşağıdır. Onlardan 13-14 saat çalışmaq tələb olunur. Bunun müqabilində maaşları artırılmaq əvəzinə 15 faiz azaldılıb. Ona görə də dəmiryolçular çıxış yolunu tətildə görüblər. Bunun nəticəsində istər sərnişin, istərsə də yük qatarlarının hərəkəti dayanıb. Dəmiryol idarəsinin yaydığı məlumatda deyilir ki, onlara işçiləri ixtisara salmaq göstərişi verilib. Çünki, maaşların ödənilməsi üçün büdcədə pul yoxdur. Hələlik çıxış yolu kimi əmək haqlarının 15 faiz azaldılması qərara alınıb.
Yerevanın Nor-Nork rayonunda isə qanunsuz tikilərin sökülməsi prosesi zamanı insident yaşanıb. Mer Ayk Marutyanın göstərişi ilə ərazidəki bütün obyektlərin dağıdılmasına başlanılıb. Sahibkarlar şəhər rəhbərinin bu qərarını etirazla qarşılayıblar. Onlar söküntü aparılan binalara daxil olmağa çalışdıqları vaxt polisin təzyiqi ilə qarşılaşıblar. Əmlak sahiblərinin sözlərinə görə, sənədləri qaydasında olduğu halda onlara xəbərdarlıq edilmədən obyektlərini sökməyə başlayıblar. Meriyadan isə hər şeyin qanun çərçivəsində aparıldığı iddia olunur.
Sevan rayonunda da vəziyyət gərgindir. Bir qrup vətəndaş polis binasının qarşısına toplaşaraq aksiya keçirib. Onlar həmyerliləri, 28 yaşlı Ara Muradyanın polis bölməsinə aparılaraq döyülməsinə qarşı çıxırlar. Zərərçəkənin yaxınları deyirlər ki, rayonda bu adi haldır. Güc strukturlarının özbaşınalıqları pik həddə çatıb. Etirazlardan sonra xüsusi xidmət orqanları məsələ ilə bağlı cinayət işi qaldırıblar. Polis bölməsinin əməkdaşları Tatul Gevorkyan və Saak Davityan əvvəlcə həbs olunub, bir neçə saat sonra isə zaminə buraxılıblar. Bu son iki ayda polis idarəsində qeydə alının 11-ci faktdır. Hətta Yerevanda yerləşən bölmələrdən birində yeniyetməni ölümcül döyüblər. Bu faktla bağlı da araşdırma aparılır.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib