Litvada növbəti prezident seçkiləri kampaniyasına start verilib.
YeniAvropa xəbər verir ki, seçki kampaniyasında 7 namizəd iştirak edir.
Litva prezidentin birbaşa xalq səsverməsi ilə seçildiyi yeganə Baltik ölkəsidir. Ölkə başçısı beşillik müddətə seçilir. 2009-cu ildən bu postda Dalya Qribauskaytedir. Növbəti seçkilər 2019-cu il mayın 12-də olacaq.
Əhali arasında keçirilmiş ilkin sorğuya görə, əksəriyyət 54 yaşlı iqtisadçı Gitanas Nauseduya səs verməyə hazırlaşır. İkinci yerdə isə mühafizəkarların namizədi İnqrida Şimondur. Xanım Şimon da iqtisadçıdır. O, 2009-2012-ci illərdə ölkənin maliyyə naziri olub.