logo

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd olacaq

21:34 12-11-2018 | icon 2674
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd olacaq

Hillari Klintonun sabiq müşaviri Mark Penn bəyan edib ki, ABŞ prezidentliyinə keçmiş namizəd, sabiq dövlət katibi 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. “Wall Street Journal” jurnalında dərc olunmuş demokrat Endrü Ştaynla birgə məqaləsində M.Penn bildirib ki, “öz işinə və öz adına sadiq olan xanım Klinton sonunadək mübarizə aparacaq. O, əvvəlki seçkilərdə məğlubiyyət kimi “kiçik” bir uğursuzluğun onun Ağ Evə doğru yolunda maneəyə çevrilməsinə imkan verməyəcək... Klinton 2016-cı ildə prezident Trampa uduzmasının onun siyasi karyerasına son qoymasına yol verməyəcək. Odur ki, xanım Klintonun iştirakı ilə yeni seçkiqabağı mübarizə gözləyin. Ola bilsin, o, bunu Senata seçilmiş demokratların çoxu kimi, indi elan etməyəcək, amma daha sonra, ilkin səsverməyə qədər şəksiz edəcək.

M.Pennin sözlərinə görə, əvvəlki seçkiqabağı kampaniya zamanı hansı addımların yanlış olduğunu təhlil etmək və yeni strategiya hazırlamaq üçün Klintonun 2 il vaxtı olub.

Xatırladaq ki, ötən ay Klintonun özü prezident seçkilərinə qatılmaq planları barədə suala yayğın cavab verib. O deyib ki, “seçkiqabağı mübarizə istəməzdi, amma prezident olmaq istərdi”.