Güclü qar yağması və yolun buz bağlaması səbəbindən Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars (Hərbi yol) avtomagistral yolunun Qudauri-Kobi hissəsində yedəkli və yarımyedəkli yük avtomobillərinin hərəkəti qadağan edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf Nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb. Məlumatda bildirilir ki, digər avtomobillər hələlik yol polisi əməkdaşlarının nəzarəti altında dayanmadan hərəkət edə bilərlər.
Yolda hər hansı səbəbdən dayanma ciddi problemlərə səbəb olduğu üçün avtomobillərin dayanması qadağan edilib.
Qar və bəzi ərazilərdə yağışların intensiv xarakter alması, havaların kəskin soyuması səbəbindən yolun nə zaman tam açılacağı barədə məlumat verilmir.