Cənubi və Şimali Kaliforniyada tüğyan edən meşə yanğınları nəticəsində ən azı 31 nəfərin həlak olub.
YeniAvropa xəbər verir ki, yanğınlar minlərlə evin yerləşdiyi yaşayış məntəqələrini əhatə edib. Güclü külək alovların ətrafdakı ərazilərə yayılmasına səbəb olub. Kaliforniya administrasiyasının məlumatına görə, 450 kvadratkilometr əraziyə yayılan yanğın Şimali Kaliforniyanın Bitt rayonunda 6 345 ev və 260 kommersiya strukturunun binasını məhv edib. Noyabrın 12-nə olan məlumata görə, ən azı 228 nəfər itkin düşüb.
Dörd gündür davam edən yangınlar 29 mülki şəxsin ölümü ilə nəticələnib. Bu fəlakət artıq Ray şəhərini tamamən külə çevirib. Burada alovlarla mübarizə aparan beş nəfər yanğınsöndürən xəsarət alıb. Daha iki nəfər isə Cənubi Kaliforniyada tüğyan edən “Woolsey Fire” yanğınında həlak olub.