Vladimir Putin gələn həftə Türkiyəyə səfər edəcək
Rusiya prezidenti Vladimir Putin gələn həftə “Türk axını” təbii qaz boru kəmərinin (“TurkStream”) Türkiyə hissəsinin başa çatması münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya dövləti başçısının köməkçisi Yuri Uşakova istinadla “İzvestiya” qəzeti məlumat yayıb. Xəbərdə qeyd edilir ki, V.Putin “Türk axını” boru kəmərinin Türkiyə sularından keçən hissənin başa çatması ilə əlaqədar noyabrın 19-da İstanbulda keçiriləcək tədbirdə iştirak edəcək.
Qeyd edək ki, “Türk axını” ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir.
“Türk axını” boru kəmərinin qoşa xətti üzrə ümumilikdə 1775 kilometr boru döşənib. İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində isə təbii qaz qəbulu terminalının inşası davam edir. Qoşa xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. “Türk axını”nın gələn ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır. Ümumi uzunluğu 1100 kilometr olacaq boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. “Türk axını”nın dəniz borularını “Pioneering Spirit” gəmisi düzür.
Boru kəmərinin əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. Yeni Urenqoydakı 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı “Gazprom”un yataqlarındakı ümumi ehtiyatın 70 faizini təşkil edir. “Gazprom” cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib